İranın Azərbaycandakı səfirliyi Mahmud Əhmədinejadın həbsi ilə bağlı təqdimat verilməsi xəbərini təkzib edib

Mahmud Əhmədinejad

İranın Azərbaycandakı səfirliyi APA-nın İsrail mətbuatına istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfərinin prezident Mahmud Əhmədinejadın həbsinə icazə istəməsi ilə bağlı yayılan məlumatı təkzib edib

Məlumatı dəqiqləşdirmək üçün SalamNews agentliyi İranın Azərbaycandakı səfirliyinə müraciət edib.

Səfirliyin mətbuat katibi Abbas İsgəndəri açıqlamasında bu xəbəri təxribat adlandırıb: "Bu kimi məlumatlar İslamın düşmənləri tərəfindən bilərəkdən yayılır və təxribat hesab olunur”.

Abbas İsgəndərli daha sonra “İranla bağlı məlumatları İran mətbuatına istinadən yaymasını məsləhət bilərdim” deyə əlavə edib.

В этом разделе