Ölkənin 1-ci şəxsi Ayətullah Rəfsəncaninin qərarından məmunluq ifadə edib
İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyyid Əli Xameneyi ölkənin öndəgedən alimlərindən ibarət olan "Xobriqan" məclisinin üzvlərini qəbul edib. Görüşdə məclisin əvvəlki rəhbəri Ayətullah Rəfsəncani və yeni seçilmiş rəhbəri Ayətullah Məhdəvi Keni də iştirak ediblər.
ABNA-nın məlumatına görə dini rəhbər Ayətullah Rəfsəncaninin ailəsinə qarşı yönəlmələrə də narazı ehyam vurub. Ayətullah Rəfsəncaninin Ayətullah Keninin namizədliyindən sonra namizədliyini geri çəkməsinə məmnunluq ifadə edən rəhbər "Ayətullah Rəfsəncanidə illərdən bəri bildiyimiz ağıl və məsuliyyət bunu da gözləməyimizə səbəb oldu" deyib.
Ayətullah Xameneyi həmçinin deyib ki, müxalifçi və iradlı nəzərlərə qarşı deyil, bunlar problem yaratmır: "Amma bu nəzərlər şəxsiyyətləri alçaltmadan, təhqir olmadan ifadə edilməlidir".