İranın “5+1” ölkələri ilə nüvə proqramına dair İstanbul danışıqları nəticə vermədi

Danışıqların nəticəsiz qalması, Türkiyədəki müşahidəçilər üçün sürpriz olmayıb

İranın nüvə proqramı ilə bağlı bu ölkə ilə “5+1” ölkələri, yəni BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın nümayəndələrinin iştirakı ilə İstanbulda iki gün davam edən müzakirələr heç bir nəticə verməyib.
APA-nın bbc.com saytına istinadən veriyi xəbərə görə, danışıqların ardından Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kertin Eşton bəyan edib ki, qapılar açıqdır, seçim etmək İranın əlindədir.
İranın Milli Təhlükəsizlik Şurasının Baş katibi və ölkənin nüvə proqramı üzrə xüsusi nümayəndəsi Səid Cəlili isə müzakirələrin nəticəsiz qalmasını ümumi məntiqin olmaması ilə əlaqələndirib.
İran və BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya nümayəndələri arasında İstanbulda iki gün edən və dünya ictimaiyyətinin diqqət mərkəzində olan müzakirələr nəticəsiz qaldı.
Danışıqlarla bağlı jurnalistlərə məlumat verən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bildirdi ki, 5+1 ölkələri İstanbula tərəflər arasında etimadı artırmaq məqsədi daşıyan praktik təkliflərlə gəliblər.
Onun sözlərinə görə, yanacaq mübadiləsinə müxtəlif təkliflər irəli sürülüb və Beynəlxaql Atom Enerjisi Agentliyinin nəzarəti altında şəffaflığın artması istiqamətində konkret təkliflər səslənib.
Eşton, onun təmsil etdiyi tərəfin hərhansı ilkin şərt irəli sürmədən, razılığın əldə edilməsi üçün hər cür səy göstərib.
İranla silsilə görüşlər, o cümlədən Vyana qrupuna daxil olan ölkələrlə danışıqlar aparılıb.
Eyni zamanda, Avropa Birliyi nümayəndəsinin sözlərinə görə, hərhansı bir görüş planlaşdırılmayıb.

İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili isə bildirdi ki, ümumi məntiq yoxdursa, dialoq olmaz, bu göstəriş vermək mənasına gələr. Millətlərin haqqına və hüququna hörmət göstərilməlidir.
Cəlili bəyan etdi ki, nüvə sahəsində əməkdaşlıq edə bilərik. Nüvə silahı sahibi ölkələr hələ silahsızlanmayıb.
Danışıqların nəticəsiz qalması, Türkiyədəki müşahidəçilər üçün sürpriz olmayıb.
TÜRKSAM Beynəlxalq Münasibətlər və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Sinan Oğanin fikrincə danışıqların uğurla yekunlaşması üçün əlindən gələni edən Türkiyə bundan sonra da danışıqlar prosesinin tamami ilə kəsilməməsi üçün səylərini əsirgəməyəcək.

В этом разделе