İrandan zəvvarlara olan hücuma sərt açıqlama

İranın Xarici İşlər Nazirliyi nümayəndəsi Həsən Kaşkavi, İraqda iranlı ziyarətçilərə təşkil edilən xain terror hücumunu qınadığı açıqlamada, bu hücumu ilahi və insani dəyərlərə zidd olduğunu ifadə edərək hücumu şiddətlə qınadıqlarını ifadə edib.
Kaşkavi bu gün verdiyi açıqlamada təəssüf ki, işğalçılıqdan doğan vəziyyətin terror təşkilatlarına bu cür cinayətləri davam etdirmələrinə zəmin meydana gətirdiyini ifadə edərək, İraq rəhbərliyindən terroristlərə təmin edilən fürsətləri yox etmələrini istəyib.
İraqda terror hərəkətlərinin artdığına işarə edən Kaşkavi, təəssüf ki, bir neçə dəfə iranlı ziyarətçilərə istiqamətli bu cür hücumların reallaşdığına şahid olduqlarını və iraqlı səlahiyyətlilərdən iranlı ziyarətçilərin can təhlükəsizliyi üçün lazım olan tədbirləri almasını gözlədiklərini vurğulayıb.





В этом разделе