Ölkənin xəbər agentliklərini məlumatına görə hadisə terrorçu-kamikadze tərəfindən törədilib. Lakin heç bir qruplaşma baş vermiş insidentə görə məsuliyyəti öz üzərinə götürmürdü.
Son məlumatlara görə hadisəni "Cundullah" adlı terror təşkilatı öz üzərinə götürüb. Bu haqda "Dünya Bulteni" saytı xəbər verir.
Xəbərə görə Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalına bir nəfər zəng edərək partlayışın "Cundullah" təşkilatı tərəfindən edildiyini deyib.
Xatırladaq ki, hadisələr vaxtı 20-yə yaxın insan dünyasını dəyişib. Yaralıların sayı isə 50 nəfər olduğu bildirilir.
***
30 may 2009, 11:11
İranda partlayışda şübhəli bilinən şəxslər saxlanılıb
Terrorçuların neçə olduğu açıqlanmayıb
Iran xüsusi xidmət orqanları bu gecə ölkənin Zahedan şəhərində məscidin partladılmasında şübhəli bilinən bir neçə nəfəri saxlayıb. Hazırda onlar polislər tərəfindən dinidirilirlər. Bu barədə Sistan-Belucistan əyalətinin qubernatoru Əli Muhammad Azad İRNA informasiya agentliyinə məlumat verib. Bununla yanaşı, o, saxlanılan terrorçuların sayını açıqlamayıb.
Xatırladaq ki, bu gecə İranın cənub-qərbindəki Zahedan şəhərində partlayış baş verib. “Reuters” agentliyinin məlumatına görə, hadisə nəticəsində 30 nəfər ölüb, 60 adam xəsarət alıb.
Ölkənin dövlət informasiya agentliyi İRNA-nın məlumatına görə, şəhər məscidində partlayışı terrorçu-kamikadze törədib. Lakin heç bir qruplaşma baş vermiş insidentə görə məsmuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, Zahedan şəhəri Sistan -Belucistan (Pakistanla sərhəddə yerlşir) əyalətinin inzibati mərkəzidir. Bu bölgəcə tez-tez polislə narkotik alverçiləri, qaçaqmalçılar və silahlılar arasında qarşıdurmalar baş verir.
“Fars” agentliyinin məlumatına görə, partlayışdan bir qədər sonra xüsusi xidmət orqanlarının əməkdaşları məscidin yaxınlığında ikinci partlayıcı qurğunu aşkar ediblər. /ANS PRESS/
***
29 may 2009, 10:17
İranda məsciddə partlayış, həlak olanlar var
Rəsmi Tehran, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirir. İranın cənub-qərbindəki Zahedan şəhərində partlayış baş verib.“Reuters” agentliyi xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 50 adam xəsarət alıb.
Ölkənin dövlət informasiya agentliyi İRNA-nın məlumatına görə, şəhər məscidində partlayışı terrorçu-kamikadze törədib. Lakin heç bir qruplaşma baş vermiş insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki. Zahedan şəhəri Sistan və Belucistan (Pakistanla sərhəddə yerləşir) əyalətinin inzibati mərkəzidir. “Fars” agentliyinin məlumatına görə, partlayışdan bir qədər sonra xüsusi xidmət orqanlarının əməkdaşları məscidin yaxınlığında ikinci partlayıcı qurğunu aşkarlayıb. /ANS PRESS/
Deyerler.Org