İranda yeni uran ehtiyatlarının izləri tapılıb

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ölkədə yeni uran ehtiyatları izlərinə rast gəlindiyini deyib.

Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

"İndiyədək uran ehtiyatı kəşf etmək ümidi ilə ölkənin üçdəbir hissəsində araşdırmalar aparılıb. Hökumət araşdırma işlərini aparmaq üçün AET-ə büdcə ayırdı və ölkənin hər yerində uran ehtiyatının kəşfi məqsədilə araşdırmalar olub və ümidverici izlərə rast gəlinib", - Salehi deyib.

O əlavə edib ki, gələcək 8 il ərzində İran uran ehtiyacını təmin etmək iqtidarında olacaq.

İranda Bəndər Abbas, Sağənd və Ərdəkan mədənlərində 1 400 kiloqramlıq uran ehtiyatı mövcuddur. İranın daxilində iki əsas nüvə mədəni var. Yəzd əyalətinin Sağənd və Bəndər Abbas şəhərinin Qəçin mədənlərində olan uran daşları, ekspertlərin fikrincə, bir kiçik nüvə stansiyasının onillik nüvə yanacağını təmin edəcək qədər deyil. Sağənd mədənindəki uran yerin 350 metrlik dərinliyindədir və onun istehsalı çox çətindir. İranda istehsal olunan uran dünya bazarlarında satılan urandan qat-qat bahadır.

В этом разделе