Xarici mətbuat bunu İran hakimiyyətinin müxalifətlə mübarizəsində yeni və qəribə metod kimi xarakterizə edir
Verilən məlumatlara görə, İran hökuməti üzərində siyasi şüarlar və buna bənzər ifadələrin yazıldığı pul əskinaslarının istifadəsinin gələn həftədən etibarən keçərsiz olduğunu elan edib. Yerli “Came-Cam” qəzetində İranın Mərkəzi Bankının nümayəndəsi İbrahim Dərvişiyə istinadən dərc olunan xəbərdə üzərinə siyasi şüarlar yazılmış banknotların gələn həftədən dövriyyədən çıxarılacağı bildirilib. İ.Dərvişi ölkə əhalisini və mağaza sahiblərini belə pulları yanvar ayının 8-dən etibarən qəbul etməməyə çağırıb. Sözügedən elan dövlət radosu ilə də bildirilib.
Qeyd edək ki, İranda müxalifət liderlərini dəstəkləyici mahiyyətdə ifadələrin yazıldığı kağız pullar iyun ayındakı mübahisəli prezident seçkilərindən sonra çoxalıb. Kağız pulların üzərində ən çox yazılan şüarlar isə müxalifət lideri Mir Hüseyn Musəvi ilə şiələrin 2-ci imamı Hüseyn arasında paralelliyin qurulduğu “Ya Hüseyn, Mir Hüseyn” şüarı və “Müntəzəri ölmədi” ifadəsidir.
/haberturk/
/AzeriMuslims/