"Boeing" Urmiyyə yaxınlığında yerə çarpılıb.
Milli.Az xəbər portalı "Agence France-Presse"ə istinadən bildirir ki, İranın şimal-qərbində "İran Air" aviaşirkətinin sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiyyə şəhərinin yanında yerə düşüb.
"Reuters" təyyarədə 156, "Associated Press" isə 105 nəfər olduğunu bildirir.
İranın "Fars" agentliyi təyyarədə 90 nəfərin olduğunu məlumat verib.
İranın hakimiyyət dairələri bildiriblər ki, "Boeing" sərnişin təyyarəsindəki sərnişinlərdən 50 nəfər xilas edilib.
Xatırladaq ki, İranın ən iri aviaşirkəti olan "İran Air"in 55 layneri var.