İranda iyun ayının 12-də keçiriləcək prezident seçkilərində hazırkı prezident M.Əhmədi Nejadın rəqibləri arasında qadın da ola bilər.
İran Konstitusiyasının Mühafizə Şurasının nümayəndəsi Abbas Əli Qadqodayə ölkədə qadınların prezidentliyə namizəd olması üçün heç bir maneə olmadığını bildirib. Şuranın nümayəndəsi seçkilərdə namizədliyini irəli sürmək üçün indiyə qədər üçün quruma müraciət edən bütün qadınların müraciətlərinə mənfi cavab verilməsi məsələsinə də aydınlıq gətirib. A.Əli Qadqodayə bunun namizədlərin qadın olmalarından dolayı deyil, onların namizədliyinin tələb olunan şərtlərə cavab vermədiklərinə görə qəbul edilmədiyini bildirib. /nethaber/ /AzeriMuslims/
İranın irşad və mədəniyyət naziri Əli Cənnəti martın 3-də başçılıq etdiyi nazirliyin Şərqi Azərbaycan əyaləti üzrə idarəsinin yeni rəisi Əli Əkbər Səfipuru...
Aprelin 21-də İranda bu il iyunun 14-də prezident seçkilərilə eyni vaxtda keçiriləcək bələdiyyə seçkilərinə namizədlərin qeydiyyata alınma mərhələsi başa...