İranın daxili işlər naziri Mustafa Nəccar bildirib ki, növbəti parlament seçkiləri 2012-ci ilin martın 2-də keçiriləcək
Bu barədə "Trend" İSNA agentliyinə istinadən məlumat yayıb.
Nəccar  ISNA-ya bildirib ki, bundan əvvəl parlament seçkilərinin keçirilmə  tarixi ilə bağlı müxtəlif məlumatlar yayılsa da, DİN və Keşikçiləri  Şurası nəhayət seçkilərin martın 2-də keçirilməsi qərarına gəliblər.
İndiyədək  İranda partiya, cəmiyyət, hərəkat və digər formalarda 260 partiya  qeydiyyatdan keçib. Lakin onlardan 60 faizinin fəaliyyət göstərdiyi  bildirilir. İranda partiyalar üç - mühafizəkar, islahatçı və mötədil  düşərgələrində siyasi mübarizə aparırlar. İslahatçılar düşərgəsində 47,  mühafizəkarlarda 35, mötədillər düşərgəsində isə 25 partiya fəaliyyət  göstərir.
İranda parilament seçkilərini Daxili İşlər Nazirliyi həyata keçirir və Keşikçilər Şurası nəzarət edir.














