İranda mitinqlər keçirilir

Mitinqlərdə iştirakçılar tərəfindən "İsrailə ölüm", "Amerikaya ölüm" və "İmperializmə ölüm" şüarlari səsləndirilir. Bu gün İranın bütün şəhərlərində beynəlxalq imperializmə qarşı mitinqlər keçirilir. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb. Mitinqlərdə iştirakçılar tərəfindən "İsrailə ölüm", "Amerikaya ölüm" və "İmperializmə ölüm" şüarlari səsləndirilir.

Hər il, noyabrın 4-ü İranda Beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur. 1980-ci ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin işçilərini girov götürkdən sonra İranın Ali lideri İmam Xomeyni bu günü imperializmlə milli mübarizə günü kimi elan edib.

İran İnqilabından sonra iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerkalını girov götürmüş və onları 444 gün girovda saxlamışdılar.

Tehranın təhlükəsizlik komandiri Məhəmmədrza Əlipur ötən gün bildirib ki, mitinqlər yalnız ABŞ-ın Tehrandakı "casusluq yuvası"nın qarşısında keçirilə bilər, digər yerlərdə təşkil edilən mitinqlər icazəsiz sayılacaq və polis qanunu pozanlara qarşı ciddi tədbirlər görəcək.

BBC-nin məlumatına əsasən, Tehranda keçirilən mitinq zamanı müxalifətlə polis arasında toqquşma baş verib. /trend/


В этом разделе