Paytaxt Tehranda nəşr olunan “Ferheng-i Aşti”, “Arman” və Şiraz şəhərində işıq üzü görən “Tahlil-i Ruz” qəzetləri qapadılıb.
Paytaxt Tehranda nəşr olunan “Ferheng-i Aşti”, “Arman” və Şiraz şəhərində işıq üzü görən “Tahlil-i Ruz” qəzetləri qapadılıb.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə İranın rəsmi mətbuatı xəbər yayıb. Ancaq bu xəbərlərdə qəzetlərin bağlanmasının səbəbləri göstərilməyib.
Bu qəzetlər Mahmud Əhmədinejadın mübahisəli prezident seçkilərindəki qələbəsini tanımayan islahatçı namizədlərə yaxınlığı ilə seçilir. Siyasi müşahidəçilər bunu prezident Mahmud Əhmədinejadın və dini lider Xamneyinin gözlənilən addımı kimi dəyərləndirirlər.
Qeyd edək ki, son 10 ildə İranda 100-dən artıq qəzet və jurnal qapadılıb.