İranın Kirman əyalətinin Ənaran şəhərində intihar edən şəxslər üçün yas mərasimlərinin təşkili qadağan olunub.
Bu qadağanı Kirman əyalətinin Ənaran şəhər şurası və icra hakimiyyəti elan edib. Bu barədə Trend ILNA xəbər agentliyinə istinadən məlumat verir.
Ənaran şəhər şurasında bu məsələyə baxılıb və intihar etmiş şəxslər üçün yas mərasimlərinin təşkilinin qadağan olunması barədə qərar yekdilliklə qəbul olunub.
Məlumata əsasən, bu addım intihar hallarının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə atılıb. İntirah etmiş şəxsin həmçinin müqəddəs ziyarətgahlarda dəfn edilməsi də qadağan olunub.
Məlumatda bildirilir ki, artıq bu qadağanın tətbiqinə başlanılıb.
TREND