İranın Səhiyyə Nazirliyi "donuz qripi"ndən daha bir nəfərin ölməsi barədə xəbər verib.
İranda
İranın Səhiyyə Nazirliyi "donuz qripi"ndən daha bir nəfərin ölməsi barədə xəbər verib. Bu xəstəlik səbəbindən həyatını itirənlərin sayı yeddi nəfərə çatıb, Press TV agentliyi xəbər verir.
"A/H1/N1" virusunun səbəb olduğu ölümlə nəticələnən halların sayı İranda səkkiz yaşlı qızın ölümü ilə yeddiyə çatıb", - bu barədə ötən çərşənbə günü Səhiyyə Nazirliyinin məruzəsində qeyd olunub.
Bundan savayı, məruzədə deyilir ki, ölkədə indiyə kimi A/H1N1 virusuna yoluxma üzrə 476 hal təsdiqlənib.
İranın səhiyyə dairələri əhalini payız dövründə "donuz qripi" xəstəliyinə yoluxma təhlükəsinin yüksək olması barədə xəbərdar edib.
Əvvəlcə İran hökuməti A/H1N1 virusunun yayılmasının qarşısının alınması məqsədilə müqəddəs Ramazan ayında "Ümrə"ni (kiçik Həcc ziyarəti ) ləğv etdi.
IRNA agentliyinin məlumatına əsasən, İranda "donuz qripi"nə ilk yoluxma halı iyulun 14-də qeydə alınıb.
Bu virusun əsas simptomları bunlardır: yüksək temperatur, öskürək, boğaz ağrısı, zökəm və ya burunun tutulması, bədəndə ağrılar, baş ağrısı, üşütmə və halsızlıq. Virusa yoluxmuş insanların böyük əksəriyyətində həm də diareya və ürəkbulanma qeydə alınır. /trend/