İran Milli Neft Şirkətindən verilən açıqlamaya görə, Fars əyalətində 6 trilyon 300 milyard kub metr təbii qaz ehtiyatı olan böyük bir yataq kəşf edilib.
Bölgədə axtarış işlərinin tamamlandığı və 4 min 200 metrlik quyu qazılaraq ehtiyatın təyin olunduğu ifadə edilib.
Eyni əyalətdə aprel ayında da 6 milyard kub metrlik yeni bir təbii qaz ehtiyatı tapılmışdı.
Dünya təbii qaz ehtiyatının 17 faizinə sahib olan İran, qaz ehtiyatının 217 ilə qədər çatacağı güman edilir.
İslam-Azeri.az
İranda böyük bir təbii qaz mənbəyi tapılıb
İslam-Azerinin İran mətbuatına istinadlı xəbərinə görə, İranda böyük yeni bir təbii qaz yatağı tapılıb.