“İrana sanksiyaları heç kəs istəmir”

Rusiya və Çin bir mövqedən çıxış edərək İrana qarşı sanksiyaların tətbiqinə qarşı olduqlarını bildiriblər

İslam-Azeri.az internet qəzetinin “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin İrana qarşı sanksiyaların tətbiq edilməsini heç kəsin istəmədiyini və bu məsələnin ancaq diplomatik yollarla həll edilməsini düzgün addım sayıb.

Çinin BMT-dəki daimi nümayəndəsi Li Baodun da Rusiyalı həmkarının mövqeyindən çıxış edərək rəsmi Pekinin İranla bağlı siyasətinin dəyişmədiyini və bu məsələnin diplomatik yollarla həll edilməsini istəyib.

Qeyd edək ki, İranın nüvə problemi ilə bağlı “altılıq” ölkələrinin Nyu-Yorkdakı İrana qarşı sanksiyaların tətbiqinə dair razılaşmalar əldə olunmayıb.

В этом разделе