İrana qarşı təzyiqlərin arxasında yalnız ABŞ və İsrailin maraqları dayanır

İslam İnqilabının Böyük Rəhbəri reallıqla yanaşı ideallığı son 32 ildə xalqın və islam quruluşunun irəliyə doğru hərəkətinin rəmzi adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı gecə quruluşun rəsmiləri və işçiləri ilə görüşdə xalqın və islam quruluşunun təyinedici potensial və qabiliyyətlərini vurğulayaraq düşmənin mürəkkəb problemləri ilə qarşılaşmaqda zəruri, lazım olan və olmayan məsələləri açıqlayıb və buyurublar: Həqiqətlərlə ideallığın birləşməsi əslində tədbir çərçivəsində mücahidlik hərəkətidir. Belə ki, onun lazımi məsələsi xalqın, işçilərin sayıqlığı və bütün sahələrdə həmrəylik və birlikdə olmalarıdır.

Milli izzət, imanlı həyat, ölkənin idarəçiliyində iştirak, hərtərəfli inkişaf, iqtisadi-siyasi müstəqillik və beynəlxalq imicə malik olmağı xalqın həqiqi tələbləri adlandıran Böyük Rəhbər əlavə ediblər: Xalqın bu tələbləri tamamilə inqilabın amalları istiqamətindədir və reallıqla ideallığın heç bir ziddiyyətdə olmadığını göstərir.

Həzrət Ayətullahülüzma Xamenei İran xalqının potensialını kiçik göstərmək və zalım cəbhənin potensialını şişirtmək üçün düşmənin səyinə toxunaraq deyiblər: Əgər əslində bu reallığı olmayan məsələnin əsiri olsaq və özümüzün və yaxud düşmənin potensialının hesablanmasında səhvə yol versək, yolu yanlış gedəcəyik.

İran xalqının yolunun dalana dirənməsi üçün İnqilab düşmənlərinin səyinə toxunan Böyük Rəhbər əlavə ediblər: Onlar açıq-aşkar deyirlər ki, təzyiq və sanksiyaları gücləndirməklə İran rəsmilərini öz hesablamalarına yenidən baxmağa məcbur etmək lazımdır. Lakin həqiqətləri nəzərə almaq səbəb olur ki, biz həm öz hesablamalarımızda diqqətli olaq, həm də xalqın nəzərdə tutduğu yolu tam arxayınlıqla davam etdirək.

“Regiondakı hadisə və inqilablardan sonra sionist rejimin hədələnməsinin artması, bu rejimin ardıcıl olaraq Livanda 33 günlük və Qəzzədə 22 günlük müharibələrdə məğlubiyyətə uğraması, ABŞ-ın İraqdakı taleyi, Amerikanın Əfqanıstandakı sonsuz problemləri və öz Yaxın Şərq siyasətlərində məğlubiyyətə uğraması qarşı cəbhənin günü-gündən artan zəifliyinin əyani misallarıdır” –deyə Böyük Rəhbər bildiriblər.

İslam quruluşuna qarşı qərb ölkələrindəki böhranın mövcud olmasını digər həqiqətlərdən hesab edən Həzrət Ayətüllahülüzma Xamenei buyurublar: Avropa Birliyində və avro zonada iqtisadi böhranın ciddi təhlükəsi, bir neçə Avropa ölkəsində stabil vəziyyətin olmaması və bir neçə Avropa hökumətinin iflasa uğraması, ABŞ-da büdcə kəsirliyi və 99%-lik hərəkatın formalaşması diqqətdən qaçırılmayacaq önəmli hadisələrdir.

IRIB

В этом разделе