“İrana atılacaq ilk raketə qarşılıq olaraq, İsraili xəritədən siləcəyik”

Höccətülislam Zünnur

İslam inqilabı rəhbərinin İslam inqilabı gözətçilər ordusundakı nümayəndəsi Zünnur “Düşmən şansını sınamaq istəyər və İrana bir raket atmağa cəhd etsə, avtomatik olaraq atəşlənən mərmilərimiz İsraili xəritədən silər” – dedi.

İsra.Az saytının Fars Xəbər Agnetliyinə istinadlı xəbərinə görə, İranın Qum şəhərində bir iclasda çıxış edən Höccətülislam Zünnur, İslam inqilabından sonra dünyada yaşanan irəliləmə zirvələrinə baxıldığında İranın izlərinə rast gəlindiyini ifadə etdi.

Höccətülislam Zünnur sözlərini belə davam etdirdi: “Sizlər Ümid peykini kosmosa göndərmək üçün Səfir adlı peyk daşıyan raketi yaratdıqda düşmənlər sizin ballistik gücə çevrildiyinizi anladı və indi onlar çox yaxşı bilir ki, əgər şansını sınamaq istəyəcək olsa və İrana bir raket atmağa cəhd etsələr, atmanın tozu sakitləşmədən mərmilərimiz Təl Əvivin göbəyində ortalığı toz-duman edəcək.

В этом разделе