“İran lazımi qədər uran zənginləşdirir”
APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının mətbuat katibi Hüseyn Nəqəvi Hüseyni bildirib.
Onun sözlərinə görə, uranı zənginləşdirmək və onun faizini müəyyənləşdirmək İranın özünə məxsus olan hüquqdur: “Hazırda İran başqa bir ölkənin əməkdaşlığına ehtiyac duymadan lazımi qədər uranı zənginləşdirir. İran istədiyi qədər uran zənginləşdirmək gücünə malikdir və zənginləşdirilmiş uran da tibb sahəsində istifadə olunur”.