 
Əli Əkbər Salehi İran Ordusu Baş Qərargah rəisinin müdafiəsinə qalxıb
İranın xarici işlər naziri Əli Əkbər Salehi İran Ordusunun Baş Qərargah  rəisi Həsən Firuzabadinin adından yayılan fikirlərin həqiqətə uyğun  olmadığını bəyan edib. "ANS PRESS"in İRNA  agentliyinə istinadlı məlumatına görə, o bildirib  ki, kütləvi informasiya vasitələrində yer alan xəbərlər əsassızdır və  onları yayanlar digər məqsədlər güdürlər. 
 
 Xatırladaq ki, iran kütləvi informasiya vasitələri Firuzabadinin  Azərbaycanın ünvanına söylədiyi fikirlərdən sonra Azərbaycan Xarici  İşlər Nazirliyi İran tərəfinə nota vermişdi. Bundan sonra İran  parlamentinin spikeri Əli Laricani ölkəsinin rəsmilərinin bəyanat  verərkən daha diqqətli olmağının vacibliyini vurğulamışdı.














