İran və İsrailin bir gün döyüşəcəkləri hər kəs tərəfindən bilinir. Lakin bu gün gəldiyi zaman Amerikanın rəftarı nə olacaq? İndiyə qədər olduğu kimi İran ilə İsrail, varlıq mübarizəsi verərkən, İsraili dəstəkləyəcəkmi yoxsa küncdən olanlarımı izləyəcək?
İsra Xəbər: İbu problemin cavabını İran Məclis Başçısı Laricani verdi. İranın paytaxtı Tehranda bu gün təşkil edilən "İslam Ölkələri Prokurorları Konfransı"na qatılan Laricani "İran və İsrail arasında qarşıdurma çıxdığı zaman, Amerika siyonsitlərə kömək etməkdən aciz qalacaq. Heç bir dəstəkdə ola bilməyəcək. Əgər sionistlər İrana qarşı hər hansı bir axmaq hərəkətə cəhd etsələr, o gündən sonra gün üzü görməyəcəklərini çox yaxşı bilməlidirlər" deyə danışdı.
Davamlı olaraq "dəyişmə" ilə rəhbərliyə başladığı vurğusunu edən ABŞ Başçısı Barak Obamaya belə səsləndi: "Amerika əgər dəyişdiyini söyləyirsə, bu dəyişməsi əvvəlcə Fələstin iddiasına qarşı duruşunda görməliyik. Burada bir dəyişmə yoxsa, dəyişmə deyə bir şey də söz mövzusu deyil. Amerika çox yaxşı bilməlidir ki dünya, sionistlərin işlədikləri qırğınlara səssiz qalmayacaq."
İran Məclis Başçısı Əli Laricani, dünyanın fərqli bölgələrindəki sui-qəsdlərdə və hadisələrdə, "Sionizmin əsərinin görüldüyünü" söylədi.
İsraili Fələstin xalqı üzərində qırğın işləməklə günahlandıran Laricani, danışmasını belə davam etdirdi: "Sionist rejim, indiyə qədər günahsızlara qarşı girişdiyi bütün qırğınlarda heç bir çətinliklə qarşılaşmadı. İrqçi bir siyasət güdən Sionist rejim, hukuken qadağan olan silahları istifadə etməkdədir. Amerikanın bu rejimin girdiyi döyüş və qırğınlarındakı dəstəyi daha çox qırğın işləməsinə gətirib çıxardı."
Laricani "Beynəlxalq təşkilatlar, İnsan haqqlarını qorumaq üçün qurulmuşdur. Lakin bu gün sionist rejimi dəstəklərkən görməkdəyik. İsrail başqa bir ölkəni bombalayarkən ya da təhdid edərkən beynəlxalq təşkilatlar necə olar da səssiz qala bilər" deyə vurğuladı.
313news.net