"Hazırda hökümət Natənzdəki obyektlərin həcmi ilə eyni olan daha 10 müəssisənin yaradılmasına qərar verib. Mən, Natənzdəki obyektlərin həcmi ilə eyni olan müəssisələr deyərkən, hasil olunacaq yanacağı nəzərdə tuturam və bu, ildə təxminən 30 tondur. Hər bir obyekt ildə 30 ton istehsal edəcək ki, bu da bir atom eıektrik stansiyasına kifayət edir", - o deyib.
Salehi əlavə edib ki, Tehran Nüvə Silahının Yayılmaması haqqında Müqaviləni (NSYM) pozmur.
Ötən cümə Beynəlxalq Atom Enerjisi Agentliyi uranın zənginləşdirilməsi məqsədilə Tehrandan kənarda yeni inşa edilən "Fordo" zavodu ilə əlaqədar İrana dair qətnamə qəbul edib.
TREND