İran terroristlərə daha bir zərbə endirdi

İslam-Azerinin İRİNN-ə istinadlı xəbərinə görə, İran, İraq sərhədindəki PKK-PEJAK terroristlərinin düşərgəsini bombaladı.

İraqın şimalındakı regional rəhbərliyindən bir rəsmi, İrana aid hərbi vertolyotlarının İran-İraq sərhədində olan Dağlıq Pencvin bölgəsini bombaladığını bildirib.

Dağlıq Pencvin bölgəsində PKK-Pejak terrorsitləri gizlənərək düşərgə salıblar.

Dağlıq Pencvin bölgə İran-İraq sərhədində yerləşir və terrorçular dağı keçərək gizli yollarla İrana gedirlər.

Bombardmanın təxminən yarım saat davam etdiyi rəsmi tərəfindən bildirilib.

İslam-Azeri.az


В этом разделе