Əhli-sünnə nümayəndələri bayramda Ali Dini liderə tabe olduqlarını bildiriblər
Fitr bayramı ərəfəsində Buşəhr və Gülüstan əhli-sünnə hilalı müşahidə mərkəzləri bəyanat yayıblar. 313news.net-in ABNA-ya istinadlı xəbərinə görə, yayılan bəyanatda qeyd olunur ki, İranın sünni müsəlmanları keçirələcək bayram tədbirlərində iştirak edəcəklər: "Fitr bayramı İslami İranda bir olacaqdır. Şiələr və sünnilər qardaş kimi bu bayramı bir-birinin yanında qeyd edəcəklər. Fitr bayramının təyin olunmasında etibarlı və yeganə mənbə İslam İnqilabı Rəhbərinin ofisidir. Gülüstandakı hilalı müşahidə qurumu vəliyyi-fəqihin hökmünə tabedir".
Qeyd edək ki, bu il Fitr bayramı avqustun 19 və ya 20-si olacaq.