Uranın zənginləşdirilməsi üçün tikiləcək 5 zavodun yeri artıq bəllidir
İran qəti şəkildə uranın zənginləşdirməsi qərarına gəlib. Tehran uranın zənginləşdirilməsi üçün tikiləcək beş zavodun yerini artıq dəqiqləşdirib. Bunu İran prezidenti Mahmud Əhmədinejad çıxışı zamanı deyib. Onun sözlərinə görə, qalan beş zavodun tikiləcəyi ərazilər isə hazırda tədqiq olunur.
Qeyd edək ki, İran hökuməti bu ilin sonuna kimi uranın zənginləşdirilməsi üçün ölkədə 10 zavodun inşasına dair qanun layihəsini təsdiq edib.
Ekspertlər hesab edir ki, İran bu addımı MAQATE-nin müvafiq qətnaməsinə cavab olaraq atıb. /anspress/