Şikayət vermək üçün əsas Rusiya tərəfinin S-300 zenit-raket kompleksləri haqqında müqaviləni yerinə yetriməməsidir
İran Rusiyanı Beynəlxalq Məhkəməyə verib. Bu barədə İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi bildirib. Trend-in məlumatına görə, xəbəri MEHR agentliyi yayıb.
Vahidi qeyd edib ki, şikayət vermək üçün əsas Rusiya tərəfinin S-300 zenit-raket kompleksləri haqqında müqaviləni yerinə yetriməməsidir.
Avqustun sonlarında Tehran Beynəlxalq Məhkəməyə müraciət edərək, Rusiyanın S-300 zenit-raket komplekslərini İrana satmaqdan imtina etməsi ilə bağlı şikayət ərizəsi təqdim etmişdi.
"Hesab edirik ki, hüquqi cəhətdən S-300 komplekslərinin göndərilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə daxil deyil. Biz ərizə göndərmişik ki, məhkəmənin qərarı Rusiyaya bu tədarükü həyata keçirməyə kömək etsin və Rusiyanın hüquqi dəlili olsun", - İranın Moskvadakı səfiri Rza Səcadi bildirmişdi.
2010-cu ilin iyununda BMT TŞ İrana raketlər və raket sistemləri, tanklar, hücum helikopterləri, döyüş təyyarələri və gəmilər də daxil olmaqla, adi silahların satışına məhdudiyyət qoyub.