İran Qəzzaya yardımını davam edir

İslam-Azeri.az internet qəzetinin İran Daily qəzetinə istinadlı xəbərinə görə İran Qəzzaya yardımını davam etdirir.


Qəzetin yazdığına görə "İran Şəhidləri" assosiyasiyası və "Ənsar" institutu birlikdə Qəzzaya yardımlarını göndəriblər.


"Ənsar" institutunun rəsmisi Sami Əbuayada bununla bağlı açıqlama verərək: "Biz İsraildə Fələstin dustaqlarının ailələrinə kömək etmək üçün layihələrdə işləyirik və İsrail tərəfindən şəhid edilənlərin ailəsinə yardımlarımızı çatdırırıq. Bu spesifik layihə müharibədə öldürülənlərin və evlərini itirmişlərin ailəsinə 8000 dollar yardım edilməsini təmin edir"-deyib.


Hələlik 102 ailəyə yardım edildiyini önə çəkən qəzet bəzi Qəzzalı ərəblərin buna münasibətini də yazıb.


Qəzza sakini İranı hədəf alan bəzi Ərəb ölkələrini qınadığını bildirərək: "İran istənilən başqa Ərəb və ya İslam dövlətindən çox Fələstinliləri müdafiə edir. Misir və Səudiyyə Ərəbistanı kimi ölkələr İrandan bu cür xeyirxahlığı öyrənməlidir və İranı hədəf almağı dayandırmalıdır."-deyib.


İslam-Azeri.az


В этом разделе