İran prezidenti Mahmud Əhmədinejad ölkənin ən böyük və dünyanın iri duzlu göllərindən olan Urmiya gölünün qurumasının qarşısının alınması üçün Araz çayının suyundan istifadə edilməsi haqqında göstəriş verib.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, İran prezidenti bunun üçün Araz çayının suları hesabına yaradılmış Araz anbarındakı suyun Urmiya gölünə axıdılmasını məqsədəuyğun sayıb.
Belə ki, Araz anbarındakı suyun Səlmas və Xoy şəhərlərindən keçməklə, Urmiya gölünə çatdırılması planlaşdırılır.
Layihənin həyata keçirilməsi ilə 80%-i qurumuş olan gölün yenidən həyat tapacağı ehtimal olunur.