İran prezidenti bir sıra məsələlərlə bağlı deputatlara izahat vermək üçün yenidən Məclisə çağırılıb
SalamNews-un "MehrNews"a istinadən verdiyi xəbərə görə, Məclisə ünvanlanan 73 deputatın imzaladığı müraciətdə prezident 10 qanun pozuntusunda ittiham olunur.
Xatırladaq ki, İran Konstitusiyasına görə, deputatların 25 faizinin tələbi olacağı tədqirdə prezident izahat vermək üçün Məclisə gəlməlidir.
Bununla belə, bazar günü Əhmədinejadın Latın Amerika ölkələrinə 5 günlük səfəri başlanır.
Daha öncə verilmiş məlumata görə, ötən ilin iyun ayında İran parlamentinin 100 deputatı prezidentin izahat verməsi tələbi ilə Məclisə müraciət ünvanlayıb. Sonradan bir sıra deputatlar müəyyən səbəbləri əsas gətirərək müraciətlərini geri götürüblər. Kvorum olmadığına görə, məsələ Məclisinn gündəliyində çıxarılmışdı. Hazırda ölkə rəhbərinin qanun pozuntularına yol verməsi məsələsi yenidən aktuallaşıb.