"İyun ayında İranda keçiriləcək prezident seçkiləri zamanı qeydiyyatın bütün mərhələləri rəqəmsal formatda həyata keçiriləcək"
Trend "Fars" agentliyinə istinadən məlumat verir ki, bu barədə çərşənbə günü İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib.
Onun sözlərinə görə, elektron seçkilərin təşkilini idarə etmək üçün kompleks sistem yaradılıb.
Nəccar deyib ki, səsvermədən başqa, bütün seçki prosesi rəqəmsal texnologiyaların tədbiqi ilə həyata keçiriləcək.
Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 14-də keçiriləcək.