Iran parlamentinin spikeri Barak Obamaya cavab verib
Əli Laricani: “Bu problemi təbrik çıxışları və ya gözəl sözlərlə həll etmək mümkün deyil”
İran parlamentinin spikeri Əli Laricani ABŞ prezidenti Barak Obamanın Novruz bayramı münasibəti ilə İran xalqına və bu ölkənin siyasi liderlərinə müraciətinə münasibət bildirib. İraqda müqəddəs Nəcəf şəhərini ziyarət edən Əli Laricani burda Ayətullah Əli Sistani ilə görüşüb. Daha sonra keçrdiyi mətbuat konfransında Obamanın dedikləri üçün “gözəl sözlər” – deyən Laricani bunun kifayət etmədiyini bildirib. “ABŞ-la olan münasibətlərimizi hisslərə bağlamamalıyıq. Bu problemi təbrik çıxışları və ya gözəl sözlərlə həll etmək mümkün deyil. Bu mübarizənin 30 illik tarixi var. ABŞ həmişə İran İslam respublikasına qarşı mövqedə olub”. Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Novruz bayramı münasibəti ilə İran xalqına və bu ölkənin siyasi liderlərinə müraciət etmişdi. O öz müraciətində İranla ABŞ arasında barışıq prosesinin hədələrlə müşaiyət olunmayacağını demişdi. /ANSPRESS/
İranın irşad və mədəniyyət naziri Əli Cənnəti martın 3-də başçılıq etdiyi nazirliyin Şərqi Azərbaycan əyaləti üzrə idarəsinin yeni rəisi Əli Əkbər Səfipuru...
Aprelin 21-də İranda bu il iyunun 14-də prezident seçkilərilə eyni vaxtda keçiriləcək bələdiyyə seçkilərinə namizədlərin qeydiyyata alınma mərhələsi başa...