İran parlamenti xarici işlər nazirini təsdiq etdi

Etimad səsverməsindən qabaq çıxış edən Salehi, İran və dünya ictimaiyyəti arasında qarşılıqlı ədalətə əsaslanan əlaqələri daha da inkişaf etdirəcəyinə söz verib.

İran parlamenti ölkə prezidenti Mahmud Əhmədinejad tərəfindən xarici işlər naziri vəzifəsinə namizədliyi irəli sürülən Əli əkbər Salehinin bu posta namizədliyini dəstəkləyib. "Fars" xəbər agentliyinin məlumatına görə parlamentdə keçirilən etimad səsverməsi zamanı sessiyada iştirak edən 243 depudatdan 241-i öz səsindən istifadə edib. 146 deputat onun lehinə, 60 nəfər isə əleyhinə səs verib. 35 deputat isə bitərəf qalıb.

В этом разделе