İran İslam Respublikasının parlamentində bu gün İngiltərə ilə diplomatik münasibətlər müzakirə olunub
Bir qrup deputatın təklifi ilə İran və İngiltərə arasında diplomatik münasibətlərin məhdudlaşdırılması, səfirin ölkədən çıxarılması məsələsi səsə qoyulub.
SalamNews-un "Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, iclasda iştirak edən 196 deputatın 171-i təklifə müsbət rəy bildirib. Beləliklə, İngiltərə səfirinin ölkədən çıxarılması üçün Xarici İşlər Nazirliyinə 2 həftə vaxt verilib.
Xatırladaq ki, İngiltərə hökümətinin İrana qarşı sanksiyalara qoşularaq İranın bütün Bankları ilə əməkdaşlığın dondurulmasına qərar verməsindən sonra İslam Respublikası bu ölkəyə qarşı adekvat addımlar atmaq qərarına gəlib.