Pakistanda sərhəd ticarəti iflasa uğrayıb, ərzaq və nefitn qiyməti qalxıb
İran Pakistanla Taftan sərhəd qapısını bağlayıb. Bu barədə Belucistan əyalətinin rəsmi şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, 17 gündür ki, sərhəddən ticarət məqsədilə keçidə icazə verilmir.
Nəticədə Belucistan əyalətində sərhəd ticarəti iflasa uğrayıb, iş yerləri bağlanıb, 25 min nəfər işsiz qalıb.
İran ilə Pakistan arasında ən böyük keçid məntəqəsi olan Taftan sərhəd qapısından Pakistana neft və neft məhsulları, qida və sənaye məhsulları aparılır. Sərhəd bağlandıqdan sonra Pakistanda ərzaq məhsullarının qiyməti artıb, neftin bir litrinin qiyməti isə 20-25 rupi bahalaşıb.
İran oktyabrın 18-də Sistan-Belucistan əyalətində İran İnqilabı Gözətçilərinə qarşı təşkil edilən hücuma görə mərkəzi Pakistanda yerləşən "Cundullah" təşkilatını ittiham edib, daha sonra isə sərhədi müvəqqəti bağladığını açıqlamışdı. /anspress/