İran neft ehtiyatlarını artırıb

Yeni quyu yataqları tapıldıqdan sonra İranın cəmi neft ehtiyatının həcmi 138 milyard barelə çatıb, - "8 sutun" saytı xəbər verir.

İranın Neft nazirinin verdiyi məlumata görə yeni neft yataqlarının tapılması ilə ölkənin neft ehtiyatlarının həcmi 90 milyard bareldən 138 milyard barelə qədər yüksəlib.

Neft İstehsalına görə dünyanın dördüncüsü, OPEK-in isə ikincisi olan İran dünyanın neft quyularının 10%-dən çoxuna sahibdir. Mütəxəssislərə görə İran istehsal həcmini artırmasa, mövcud neft ehtiyatı 67 il davam edə bilər.

Xatırladaq ki, sözügedən ölkə 2008-ci ildə neft istehsalından 82 milyard dollar gəlir əldə etmişdi.

Xəzər Universitetinin nəzdində “İqtisadi və Biznes Təhsili və Araşdırmaları Mərkəzi”nin direktoru, professor Fuad Rəsulov xəbərlə bağlı “Dəyərlər”ə açıqlamasında bildirmişdir: “OPEC qərar qəbul edib ki, neft hasilatını azaltsın, o cümlədən də İran da azaldır”. Onun sözlərinə görə ehtiyatları artırmaq, yeni yataqlar tapılırsa onları işlətməmək, onları ehtiyat kimi saxlamaq da normal haldır.

Xəbər xidməti

Xəbər xidməti ("Dəyərlər" AİN)


В этом разделе