İran mümkün müharibənin taktikasını açıqladı

İran mümkün hərbi təcavüzə verəcəyi tutarlı cavabın taktiki planının məğzini açıqlayıb

İslam-Azeri.az İnternet qəzetinin İran KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Qərargahın operativ şöbəsinin rəisi general Əli Şadəmani bəyanat verib.

O, deyib: "İlk növbədə Hörmüz boğazı nəzarətə alınacaq. Bununla da xarici gəmilərin hərəkətləri iflic vəziyyətinə düşəcək. İkinci addım olaraq ABŞ-ın İraqda və Əfqanıstanda yerləşdirdiyi hərbi kontingent zərərsizləşdiriləcək. Bu qüvvələr daim İslam İnqilabının Keşikçiləri Korpusunun nəzarətindədirlər. Və əlbəttə ki, sonuncu və həlledici mərhələ - İsrailə sarsıdıcı zərbə. Sionist qurum ABŞ-ın forpostudur. Həm ABŞ, həm də İsrail gözəl anlayırlar ki, biz bu planı həyata keçirməyə qadirik".

General çıxışı zamanı həmçinin qeyd edib ki, İran İslam Respublikasının Hərbi Qüvvələri daim yüksək döyüş hazırlığına malikdirlər. İstənilən an onlar təcavüzkara tutarlı cavab verməyə qadirdilər.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Buşerdəki Atom Elektrik Stansiyasının işə salınması haqqında bəyanat verib. Bundan sonra Qərb mətbuatında İranın bu və digər nüvə obyektlərinə hərbi zərbə endirilməsinin mümkünlüyü haqqında fikirlər səslənməyə başlayıb.

Lakin İran tərəfi bunları ciddi qəbul etməyərək, psixoloji kampaniyanın bir hissəsi hesab edir.

В этом разделе