Amerika generalı Çak Vald: «Bizim hərbi hava və dəniz qüvvələrimiz Tehranın nüvə obyektlərinə ciddi zərər verə bilər»
ABŞ İrana nüvə məsələsini diplomatik yolla həll etmək üçün sentyabra qədər vaxt verib. Əgər bu vaxta qədər Tehran Birləşmiş Ştatların təklifini qəbul etməsə, yeni sanksiyalarla üzləşəcək. Son günlər Amerika rəsmiləri xəbərdar edirlər ki, diplomatiya kömək etməsə, İrana qarşı hərbi gücdən istifadə mümkündür.
Amerika ordusunun dördulduzlu generalı, Əfqanıstana qarşı 2001-ci ildə hava əməliyyatlarına komandanlıq etmiş və Birləşmiş Ştatların Avropadakı qüvvələrinin komandanı olmuş Çak Vald «The Wall Street Journal» qəzetində dərc edilmiş məqaləsində əsaslandırıb ki, İrana qarşı hərbi əməliyyatlarda uğur qazanmaq mümkündür. Onun fikrincə, əgər diplomatiya kömək etməsə, Amerika hərbi hava və dəniz qüvvələri Tehranın nüvə qurğularını sıradan çıxarmağa qadirdir.
Generala görə, əgər Tehran Vaşinqtonun təklifini qəbul edib danışıqlara balasa belə, Amerika administrasiyası hərbi variantı istisna etməməlidir. İqtisadi sanksiyalarla yanaşı, ABŞ öz silahlı qüvvələrinin imkanlarını da nəzərdə tutmalıdır. Vald hərbi variantın İrana dair «B» planı olduğunu yazır. General hesab edir ki, ABŞ Silahlı Qüvvələri nəinki hərbi əməliyyatlarla İranın nüvə obyektlərini sıradan çıxarmağa, eyni zamanda bir atəş belə açmadan Tehranı güzəştə məcbur etməyə qadirdir. Onun fikrincə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığı haqda Tehrana ciddi siqnal göndərməklə İran rejimini nüvə sınağını keçirmək fikrindən daşındırmaq olar. «Məsələn, prezident Obama İran sularında təyyarədaşıyan gəmilərin və mina tral gəmilərinin əlavə qruplaşmalarını yerləşdirə bilər. Eyni zamanda regiondakı hərbi müttəfiqlərinin imkanlarını genişləndirər. Əgər bu tədbirlər nəticə verməsə, Amerika donanması İran limanlarına giriş-çıxışı bağlaya bilər. Müharibə aktı hesab edilən blokada İrana benzin idxalının qarşısını effektiv şəkildə ala bilərdi. Xüsusən seçkilərdən sonra etirazların baş qaldırdığı bir vaxtda İran rəhbərliyi öz hərəkətlərinin iqtisadi və siyasi nəticələri haqda düşünməyə məcbur edilməlidir» - deyə general yazıb.
Çak Valda görə bütün bu tədbirlər nəticə verməsə və diplomatiyanın imkanları tükənsə, Amerika ordusu İranın nüvə və hərbi obyektləri üçün dağıdıcı hücuma keçməlidir. Onun fikrincə, bir çox analitiklərin Amerikanın İrana qarşı hərbi imkanlarının zəif olduğunu düşünür. Hesab edirlər ki, Amerika ordusunun əsas hissəsi Əfqanıstanda və İraqda hərbi münaqişəyə cəlb olunub. Eyni zamanda fikirlər var ki, Amerika İranın nüvə obyektləri barədə kifayət qədər kəşfiyyat məlumatlarına malik deyil, yaxud bu obyektlər çox yaxşı mühafizə edilir: «Bu cür mülahizələr doğru deyil. İrana qarşı hərbi əməliyyatlarda əsas rolu hava və dəniz qüvvələri üzərinə götürəcək. Bundan əlavə, İranla qonşu ölkələrdəki Amerika qüvvələri hərbi əməliyyatlarda əlavə üstünlük vəd edir. Xüsusi təyinatlı qüvvələr və kəşfiyyat əməkdaşları gizli əməliyyatlar üçün asanlıqla irəliləyə bilər. Lakin eyni zamanda regionda raketdən müdafiə üçün əlavə qurğular yerləşdirmək, artıq mövcud olan qurğuları modernləşdirmək, Azərbaycan və Gürcüstan kimi regional tərəfdaşların silahlı qüvvələrinin modernləşməsinə, güclənməsinə yardım etmək lazımdır».