İran MAQATE ilə razılığa gəlib?

Manuçöhr Mottaki: "Baş katiblə aparılan danışıqlarımız uğurla keçib”

“BMT-nin nüvədən tərkisilah olunma üzrə müşahidəçiləri ilə aparılan danışıqlarımız uğurla keçib”. Belə bir bəyanatla İranın xarici işlər naziri Manuçöhr Mottaki çıxış edib.

“MAQATE-nin baş katibi Yukiya Amano ilə görüşüm uğurlu keçib. Biz bir sıra məsələləri geniş şəkildə müzakirə etmişik. Danışıqlar zamanı baş katibə zəif zənginləşdirlimiş uranın xaricə göndərilməsinə dair İranın mövqeyini çatdırmışam”,- deyə İslam ölkəsinin xarici siyasət idarəsinin rəhbəri bildirib

MAQATE-nin baş katibi Yukiya Amano isə İranın heç bir yeni təklif irəli sürməməsi barədə açıqlama verib. /anspress/

В этом разделе