General Suriyadakı iğtişaşlarda ABŞ-ı ittiham edib
İran İslam İnqilabının lideri Ayətullah Xameneyinin hərbi müşaviri General Rəhim Səfəvi mətbuat konfransı keçirib. 313news.net-in "Fars" xəbər agentliyinə istinadlı xəbərinə görə, genaral bildirib ki, Suriyadakı hər cür dəyişiklik ümumilikdə regiona təsir edəcək: "Suriyadakı iğtişaşların səbəbkarı ABŞ-dır. Amerika Türkiyə və digər ölkələri təhrik edərək regionun təhlükəsizliyinə zərbə vurmaq istəyir".
Səfəvi bildirib ki, bölgədə əsas rol oynayan ölkələr İran, Türkiyə, İraq və Səudiyyə Ərəbistanıdır: "Bölgənin kiçik dövlətlərini həddini bilməlidir. Neft və qaz gəlirləri ilə regionda rol oynaya biləcək səviyyəyə çatmayacaqlarını unutmamalıdırlar".