İran Köhnə Günlərinə Geri Dönür

Tehranda prezidentlik seçki nəticələrinin açıqlanmasından sonra başlayan hadisələr nəzarət altına alınır.


İran ordusu quru qüvvələri komandiri Əhməd Rza etdiyi şərhdə, təhlükəsizlik güclərinin şəhərdə idarəni təmin etdiyini və hər cür hərəkətliliyi yaxından izlədiklərini bildirdi.

Rza dünən etdiyi mətbuat şərhində, İrandakı hadisələrin arxasında İngiltərə və İsrailin olduğunu söyləmişdi.



Digər tərəfdən İran polisi, bir həftə sürəsincə göz altına alınan İranlılardan bəzilərinin cinayətləri etiraf etdiyi, xarici güclərlə əlaqələrinin olduğunu qəbul etdiklərini eşitdirdi.

Seçkini uduzan namizədlərdən Mir Hüseyn Musəvi, tərəfdarlarını sükunətə, özlərinə hakim olmağa və şiddət hadisələrindən uzaq dayanmağa çağırdı.

Musəvi nəşr etdiyi mesajında "İslam inqilabı, hamımızın mirasıdır" dedi.

Mütəxəssislərə görə İslam inqilabı əleyhdarı bir təşkilat olan Xalqın Mücahidləri, başda İsrail və digər qərbli ölkələrdən aldığı dəstəklə, seçki nəticələrinə edilən etirazları fürsət bilərək meydana endi.

313NEWS.NET

В этом разделе