İran Kəşfiyyatı: İsrail, Ahmedinejada Sui-qəsd Planladı


İran qaynaqları, İsrailin İran Respublika başçısı Mahmud Ahmedinejada sui-qəsd planladığını bildirdi.


İsrail mətbuatında da geniş yer tapan Farsnews qaynaqlı xəbərə görə İsrail, Şarm əş Şeyx və Parisdə Xalqın Mücahidləri Təşkilatı liderləriylə bir araya gələrək, Ahmedinejada sui-qəsd planını danışdılar.

İran Kəşfiyyat başçısı Muhsin Eje, Sui-qəsdin, 13 İyunda edilən Prezidentlik seçkilərindən qısa bir müddət əvvəl reallaşdırılması planlanmışdı.

Eje "Xalqın Mücahidləri Təşkilatı, bu sui-qəsdin reallaşdırılması üçün bəzi şərtlər qoymuşdular. Bu şərtlərdən biri də başda Amerika olmaq üzrə qərbli ölkələrin, təşkilatı terror siyahısından çıxarması idi" dedi.

Eje, Xalqın Mücahidləri Təşkilatının sui-qəsdi reallaşdırmaq üçün, İranın şərqindən sızaraq bölgədəki digər terrorist hərəkətlərlə əlaqəyə keçdiyini qeyd etdi.

İran, bir müddət əvvəl də İsrail dəstəkli bir qrupun seçki günü məscid və digər izdihamlı məkanlara bomba yerləşdirmək üzrəykən ələ keçirildiyini eşitdirmişdi.

isra xəbər

В этом разделе