İran İnqilab Keşikçilərinin yeni hərbi manevri başlayır

Türkiyə döyüş təyyarəsinin Suriya tərəfindən vurulması haqqında jurnalistlərə açıqlama verən İran İnqilab Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin komandanı türk döyüş təyyarəsinin Suriya hava sərhədlərini pozduğunu və bu səbəbdən Suriyanın reaksiyasının təbii olduğunu söylədi.

Mehr xəbər agentliyinin jurnalistinin bildirdiyinə görə "Payambar Azam-7" adı altında bu gün başlanacaq İran İnqilab Keşikçiləri-nin "Raket manevri" haqqındakı mətbuat konfransında jurnalistlərin suallarına cavab verən General Əmir Əli Hacızadə türk döyüş təyyarəsinin Suriya tərəfindən vurulması haqqında bir suala cavab olaraq Türk və Suriyalı səlahiyyətli şəxslərin məlumatlarına istinad edərək, türk döyüş təyyarəsinin Suriya sərhədlərini pozduğunu söylədi.

Hacızadə sözlərinə əlavə olaraq, sionist rejimin daha əvvəl o ərazidən Suriya obyektlərini hədəf aldığı üçün o regionun çox həssas bir region olduğunu bildirdi.

General Hacızadə Suriyanın hava müdafiəsi sisteminin qarşılıq verməsini təbii hesab edərək, Türk pilotlarının həlak olması səbəbilə kədərləndiklərini qeyd etdi.

В этом разделе