İslam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə Tehranın bu həftəki cümə namazının imamətliyini və xətibliyini Ayətullah Əhməd Cənnəti icra edib.
Məhərrəm ayının əzadarlığının fəlsəfə və savablarından söhbət açan xətib sonrakı xütbəsində son hadisələrə toxunaraq düşmənlərin əsl məqsədinin islami quruluşu kökündən məhv etmək və bu nizamdan intiqam almaq olduğunu bildirib.
Düşmənlərin Aşura günü törətdikləri ixtişaşlarda səsləndirdikləri şüarlarından açıq aşkar islami nizam və mədəniyyətinə düşmənçilik olduğunu bir daha sübut etdiyini önə çəkən Ayətullah Cənnəti onların hədəflərinə nail olmadıqlarını önə çəkib.
"Nizamın zəifləməsini düşünən düşmənlərin bəziləri küçələrdə yığışaraq matəm günü olan Aşuranı təhqir etdilər"deyən Tehranın imam cüməsi son hadisələrdə düşmənlərin hiyləsinin və kininin açıq aşkar bəyan olduğunu bildirib.
Aşura günü təhqirlərinə etiraz əlaməti olaraq İran xalqının etirazlarına da işarə edən Ayətullah Cənnəti bu mitinqlərdə 3 milyondan çox iranlının qatıldığını qeyd edib.
Xütbəsinin digər yerində isə müxaliflərə üzünü tutan İmam Cümə "İran xalqı nəzakətli və qanunlara riayət edən bir xalqdır. Əgər başqa cür olsaydı qətiliklə sizi yaşatmazdı"deyərək islam nizamının heç vaxt İslamla mübarizəyə dözümlü mövqe göstərməyəcəyini bildirib.
Hüquq mühafizə orqanları və kəşfiyyat idarələrinə də mesaj verən Ayətullah Cənnəti: "Əgər ixtişaşçıların bu cür hörmətsizliklərini bir daha olmasını istəmirsinizsə, onda onların hamısının yerini aşkar edərək həbs edin"-deyib.
Sözlərinin sonunda isə Tehranın İmam Cüməsi fitnə törədən münafiqlərlə bir əqidədə olmayan lakin səhvən bu ixtişaşlarda iştirak edənlərə üzünü tutaraq tövbə etməyi və İran xalqından üzr istəməyi təklif edib.