General Firuzabadi: “Partlayış İsrail zərbə endirmək üçün istifadə edəcəyimiz silahı sınaqdan keçirən zaman baş verib”
Tehran yaxınlığında hərbi bazada 17 nəfərin ölümü ilə nəticələnən partlayış İranın İsrailə hücumda istifadə edəcəyi silahın sınaqdan keçirilməsi zamanı baş verib. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, bu bəyanatla İran ordusunun baş qərargah rəisi Həsən Füruzabadi çıxış edib.
O partlayışın İsrail, yaxud ABŞ xüsusi xidmət orqanlarının təxribat aktı olması versiyasını təkzib edib. Firuzabadi bildirib ki, insident baş verən sınaqların nəticələri İsraili heç də sevindirməyəcək.
Xatırladaq ki, noyabrın 12-də Tehran yaxınlığındakı hərbi bazada baş verən partlayış nəticəsində 17 nəfər, o cümlədən İran müdafiə sənayesi sektorunun önəmli simalarından biri olan general Həsən Müqəddəm ölüb. Rəsmi Tehran hadisənin səbəbini partlayıcı maddə daşınan zaman detonasiyanın baş verməsi ilə izah edib. İsrailin müdafiə naziri Ehud Barak belə hadisələrin təkrarlanmasında çox şad olacağını deyib.