QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İrana səfəri zamanı bu ölkənin Ali dini lideri Ayətullahul-üzma Seyyid Əli Xameneyi ilə görüşüb
QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Fələstin xalq hərakatının müdafiə olunması” mövzusunda V beynəlxalq konfrans çərçivəsində dini liderlərin keçirilən görüşündə Azərbaycan xalqının salam dualarını Ayətullah Xameneyiyə çatdıran Şeyxülislam Fələstin xalqının haqq mübarizəsinə hər zaman dəstək olduğunu deyib, xalqımızın haqq işi – Qarabağ probleminin həllində də müsəlman həmrəyliyinin vacibliyini bildirib.
Azərbaycan xalqına və onun rəhbərliyinə salamlarını yetirməyi Şeyxülislamdan xahiş edən İranın Ali dili lideri öz növbəsində Qarabağ probleminin həllində, ədalətin bərpasında İranın hər zaman Azərbaycanın yanında olduğunu dilə gətirib.
Səmimi qardaşlıq şəraitində baş tutan görüşdə Azərbaycanla İran arasında mənəvi əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, xalqlarımız və dövlətlərimizin mənafeyi naminə əməkdaşlığın daha da dərinləşdirilməsi zərurətindən söhbət açılıb.