İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işləyən daha bir neçə casus həbs etdiyini açıqlayıb
APA-nın məlumatına görə, İranın informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Heydər Moslehi jurnalistlərə açıqlamasında bildirib ki, ETTELAAT əməkdaşları yanvarın 8-də axşam saatlarında keçirdiyi əməliyyat tədbirləri nəticəsində onları həbs edib: “Həmin adamlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işləyir. Onlar bu il martın 2-də İranda keçiriləcək parlament seçkilərində pozuculuq işləri törətməyi planlaşdırıblar. Bu adamlar internet və sosial şəbəkələr vasitəsilə apardıqları təbliğatla seçkiləri pozmaq istəyirmişlər. Onlar elə internet vasitəsilə də bir-biriləri ilə əlaqə saxlayırmış. Biz bu adamlar arasında əlaqəni təsbit etdik və bu yolla onların seçkilərin əleyhinə olan danışıqlarını aşkara çıxardıq. Onların casusluq fəaliyyəti haqqında tam məlumat etdikdən sonra isə həmin adamları həbs etdik”.