İran Bəhreyndə baş verən hadisələrdən narahatdır-XİN

XİN sözcüsü Ramin Mehmanpərəst Bəhreyn hökumətinə xəbərdarlıq edib

İranın XİN sözcüsü Ramin Mehmanpərəst Bəhreyn hadisələrilə bağlı açıqlama verib. 313news.net-in məlumatına görə, o bildirib ki, Ramazan bayramı günündə 14 yaşlı yeniyetmənin hökumət qüvvələri tərəfindən öldürülməsi ağlasığmazıdır: "Biz Bəhreyndə xarici qüvvələrin müdaxiləsi nəticəsində vəziyyətin pisləşməsindən narahatlıq duyuruq".

Mehmanpərəst cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıb: "Əgər keçən aylarda baş verənlər nəzərdən keçirlib cinayətkarlar mühakimə olunsaydı, belə bir cinayət baş verməz və bayram günü yasa çevrilməzdi".

В этом разделе