İran Ban Ki Muna təklif irəli sürüb

İran Livanda oğurlanmış 4 iranlı diplomatın taleyinin aydınlaşdırılması üçün həqiqətləri araşdıran bir komitənin təşkil edilməsini tələb edib .
İranın Livandakı səfirliyinin siyasi nümayəndəsi Əlirza Ayəti çərşənbə axşamı günü iyulun 7-də əl-Aləm tele-kanalına verdiyi açıqlamasında bu məqama toxunaraq deyib : İran BMT-nin baş katibi Ban Ki Muna Beyrutda oğurlanmış 4 iranlı diplomatın taleyinin müəyyənləşdirilməsi üçün həqiqətləri araşdıran bir komitəni təşkil etməsini təklif edib . Ayəti həmçinin bu televiziya müsahibəsində onu da qeyd edib ki , İran Livan hökumətindən iranlı diplomatlar haqda informasiyalar toplamaq barədə bir komitə təşkil etməsini istəyib . 1982-ci ilin iyul ayında İranın Beyrutdakı müvəqqəti işlər vəkili Möhsün Musəvi digər iranlı diplomatlardan olan Təqi Rəstqar Moqəddəm ,hərbi attaşesi Əhməd Motəvəsseliyan və İRNA Agentliyinin jurnalisti Kazem Əxəvan Livanın şimalında missiyalarını başa vurduqdan soran İran səfirliyinə dönərkən Livanın falanj yaraqlıları tərəfindin oğurlanmış və İsrail rejiminə təhvil verilib. irib.ir

В этом разделе