İran Azərbaycanla birtərəfli viza rejimini ləğv edib

İranın Nazirlər Kabineti bu qərarı ölkənin xarici işlər nazirinin təklifi əsasında qəbul edib İran Azərbaycanla birtərəfli viza rejimini ləğv edib.

İranın Nazirlər Kabineti İrana səfər etmək üçün Azərbaycanla (Naxçıvan MR ilə birlikdə) viza rejiminin birtərəfli ləğvi ilə bağlı qərar qəbul edib. Bu barədə Trend News İran televiziyasının rəsmi saytına istinadən rəsmi məlumat yayıb.

İranın Nazirlər Kabineti bu qərarı ölkənin xarici işlər nazirinin təklifi əsasında qəbul edib. Bu qərar İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi tərəfindən icra üçün XİN-ə göndərilib.

Oktyabrın sonlarında İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu ölkənin Nazirlər Kabinetinə Azərbaycanla birtərəfli viza rejiminin ləğv edilməsi haqda müraciət edib. 


В этом разделе