İran, ABŞ və İngiltərəyə yardim əlini uzadib

Meksika körfəzi

İran dövləti ABŞ və İngiltərənin Meksika körfəzində neft sızmasının qarşısını almaqda aciz qaldığını görərək, bu ölkələrə öz yardım əlini uzadıb.

FaktXeber.com-un verdiyi məlumata görə BMT-nin Təhlükəsizlik Şurasında ötən həftə sanksiyalara məruz qalan İranın "Xatəmul-Ənbiya" adlı şirkəti, bu məsələdə rəsmi Vaşinqtona öz yardımını təklif edib.

Qeyd edək ki, İranın İnqilab Keşikçilər Korpusunun şirkəti olan "Xatəmul-Ənbiya", Meksika körfəzində iki aydır davam edən neft sızıntısını utanc verici bir vəziyyət kimi qiymətləndirib. Mövzu ilə əlaqədar çıxış edən İranın İnqilab Keşikçilər Korpusunun Rüstəm Qasimi bildirib ki, "Özlərini iqtisadiyyat və texnologiya sahəsində super güc adlandıran ABŞ və İngiltərə, neft sızıntısından 2 ay keçməsinə baxmayaraq hələ də heç nə edə bilmir. Bizim Xatəmul-Ənbiya adlı şirkətimiz neft sızıntısının qarşısnı almaqda  bu ölkələrə yardım edə bilər".

В этом разделе